Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Ermənistan hərbçiləri müharibədə öz təyyarələrini vurub — STTM

Rusiyanın Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzi (STTM) Qarabağdakı 44 günlük müharibə haqqında analitik məcmuə dərc edib.

Bu barədə “Kainat” “Sputnik Ermənistan”a istinadən xəbər verir.

“Qafqazda Fırtına” adlanan analitik məcmuə mərkəzin direktoru Ruslan Puxovun ümumi redaktəsi altında çıxıb.

Məcmuədə diqqət çəkən məqamlardan biri – müharibə zamanı Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus dörd “Su-25” hücum təyyarəsi və bir helikopteri bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması olub.

Müəllif yazır ki, münaqişə zamanı Ermənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiya zəif olub. Ermənstanın dörd “Su-25” hücum təyyarəsi və “Mi-8” helikopteri ölkənin hərbçiləri tərəfindən vurulub. “Su-25” təyyarələrindən ikisi Vardenis üzərində, biri isə Qarabağda döyüş tapşırığını yerinə yetirib qayıdarkən məhv edilib.

Puxov bunun bir çoxlarının xoşuna gəlməməsinə baxmayaraq, göstərilən faktların etibarlılığının yüksək səviyyədə olduğunu qeyd edir.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button