Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edildi

Dağıstanın Buynak rayonunun ayrı-ayrı ərazilərində antiterror əməliyyatı rejimi tətbiq edilib.

“Kainat” xəbər verir ki, bu barədə TASS-a respublikanın Operativ Qərargahından bildirilib.

“Buynak rayonunun ayrı-ayrı ərazilərində 10 sentyabr 2021-ci il saat 04:55-dən etibarən antiterror əməliyyatının hüquqi rejiminin tətbiqi barədə qərar qəbul edilib”, – həmsöhbət deyib.

Onun sözlərinə görə, rejim zamanı bəzi məhdudiyyətlər tətbiq olunacaq: pasport nəzarəti, avtomobil nəqliyyatına baxış və s.

TASS-ın Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib ki, rayonda yaraqlıların mümkün hərəkət və yeri haqqında operativ məlumatın işlənməsi gedir.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button