Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Azərbaycan və Türkiyənin döyüş təyyarələrinin təlimindən görüntülər

“TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərinin planına əsasən, Azərbaycan və Türkiyənin döyüş təyyarələri əməliyyat uçuşları yerinə yetiriblər.

“Kainat” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyətin və fərqli xüsusiyyətlərə malik döyüş təyyarələri arasında rabitə əlaqəsinin uzlaşdırılması imkanları öyrənilir. 

Eyni zamanda, havadan zərbələr endirməklə şərti düşmənin hava hücumundan müdafiə vasitələri və hərbi təyinatlı strateji obyektlərinin məhv edilməsi, o cümlədən yaxın hava döyüşü və digər tapşırıqlar müvəffəqiyyətlə icra olunur.

Təlimlər sentyabrın 17-dək davam edəcək.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button