Top.Mail.Ru

bannerQAFQAZ XƏBƏRLƏRİ

Türkiyə Qarabağda PKK -ya qarşı antiterror əməliyyatına başlamalıdır – hələ də təslim olmayan terrorçular

İkinci Qarabağ savaşı bitsədə erməni tərəfində döyüşən kürd terror qruplaşmalarına mənsub olan  2000-dən çox Suriya və Livan yaraqlılarının  bölgədə təslim olması barədə heç bir açıqlama yoxdur.

Azərbaycan Ordusunun Qarabağda apardığı müharibədə məhv etdiyi yüzlərlə Suriya və Livan yaraqlıları bu səbəb üçün danılmaz faktdır.

Hələ də Ermənistana sığınan Suriya və Livandan gətirilən erməni terroçuları Qrabağda dağlarda, meşələrdə olamaları şübhələri yersiz deyil. Xarici Kəşfiyyat orqanları dəfələrlə bu barədə açıqlamalar verərək,   İran və İraq kürdlərindən təşkil olunmuş təhlükəli döyüşçülərin ermənilərlə bərabər Qarabağda olması iddiları olunub. Bir çox kəşfiyyat məlumatlarında təsdiq olunub ki, həmin terror qrupları Vardenisdəki düşərgəyə əvvəlcədən yerləşdirilsədə bu gün 800 -dən çox PKK-çı hələdə ordadır. Kəşfiyyat xəbərlərində oda iddia olunub ki, Yaraqlıların Türkiyədən Ermənistana keçidinə terror təşkilatının “Ağrı qartalları” adlı birliyinin Livan Qaradağ, Hemaran Kervaçiyan və Servet Bagopşin adlı rəhbərləri başçılıq edirlər. Amma nədənsə ikinci Qarabağ müharibəsi bitsədə həmin yaraqlılar hələdə təslim olmaları və bölgəni tərk etmələri barədə məlumatlar yoxdur.

Loading...
Yazının davamı reklamdan sonra


Qeyd edək ki, analoji xəbərlər zaman-zaman gündəmə gəlib. Artıq bəzi analitiklər də bu məlumatların həqiqliyi fonunda Türkiyə, Azərbaycan ilə birgə  Qarabağda PKK -ya qarşı antiterror əməliyyatlarının başlamasını mümkün hesab edir.

Həttda bir çox xaici ekspertlər iddia edir ki,  Türkiyə Ordusunu Qarabağda antiterror əməliyyatlarına başlaması ehtimalı daha böyükdür.  İndi əsas olan və ən çətin çarxı hərəkətə gətiriməkdir. Çarx hərəkətə gələndən sonra Ermənistan üçün onu dayandırmaq daha çətin olacaq. Bax, onda biz bu gün işğalçı ermənistanın siyasi elitası yenə  quzu kimi mələməsinə şahidlik edəcəyik.

Bütün dünya bilir ki,  Ermənistanın PKK-ya dəstək verməsi həm bölgəni həm də Türkiyəni qana boyamağa hesablanıb.  Suriyada ABŞ-Rusiya rəqabətinin PYD üzərində meydana gətirdiyi anlaşılmazlıq səbəbidən bu günlərdə PKK-nın, PYD-nin Qarabağda fəaliyyəti hələ də  ciddi bir təhdiddir. Əgər Ermənistan bütün bu beynəlxalq tarazlığı görməməzlikdən gəlib, Azərbaycan torpaqlarında PKK, PYD terror düşərgələrini gizli himayyə edirsə, işin ciddi və təhlükəli olması deməkdir.

 Bu gün Türkiyənin Qarabağdakı terror yuvalarına qarşı əməliyyat həyata keçirilməsi son dərəcə vacibdir. Çünki bir çox mənbələr hesab edir ki, yaxın gələcəkdə Xocavənd, Xankəndi, Xocalıda yaşamağa gələn Azərbaycan vətəndaşı veriləcək ermənilərə, dağlarda və meşələrdə yer altında məskan salan PKK, PYD yaraqlıarı böyük təhlükədir. Həmin təhlükə ki, işğalçı Ermənistan dövləti  PKK və  PYD -ni də əlatə çevirərək yenə də tumanını başna keçirib dünyadan kömək istəyəcək. Xülasə, deməyimiz o ki, Türkiyə vaxtkən Qarabağda PKK və  PYD-lə bağlı tamami ilə təmizlik işlərini kecikmədən həyata keçirməsi vacibdir. 

Türkiyə -Azərbaycanla birgə məhz bunu hədəfləməlidir. Bu mənada şübhə yoxdur ki, çox yaxın günülərdə iki qardaş ölkənin ordusu Qarabağı PKK- PYD, ASALA-YPG tör-töküntülərindən təmizləmək üçün ildırım sürətilə hərbi əməliyyatlara başlamalıdır. Əslində antiterror koalisiyasının üzvləri olan hər iki ölkənin buna ən çox haqqı çatır.

“Kainat” analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button