Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Erməni hərbçini öldürən əsgər yoldaşı saxlanıldı

Ermənistanda ehtiyatda olan hərbçi Mkrtiç Ovakimyanın ölümü ilə bağlı əsgər yoldaşı saxlanılıb.

“Kainat” erməni mediasına istinadən xəbər verir ki, daha əvvəl Ermənistan Müdafiə Nazirliyi cənub-şərq istiqamətində yerləşən döyüş mövqeyində ehtiyatda olan 1978-ci il təvəllüdlü hərbçi Mkrtiç Ovakimyanın ölümcül yara alması və ölümü ilə bağlı məlumat yaymışdı.

Ermənistanda ehtiyatda olan hərbçi təlimdə öldü – Yenilənib

İlkin məlumata görə, hadisə hərbi hissələrindən birində döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində baş verib.

Ovakimyanın ölümünə, daha bir əsgərin yaralanmasına görə onların əsgər yoldaşı saxlanılıb və cinayət işi açılıb.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button