Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Qaribaşvilidən qonşu ölkələrlə əməkdaşlıqla bağlı AÇIQLAMA

“Ölkələrimizin təhlükəsizliyinin, sabitliyinin və davamlı inkişafının yeganə yolu bölgədəki reallığı nəzərə alaraq, qonşu ölkələrlə səmərəli əməkdaşlıqdır”.

KAİM.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyənin Tbilisidə səfərdə olan ədliyyə naziri Əbdülhəmid Gül ilə görüşdə söyləyib.

Bildirilib ki, görüşdə Gürcüstan ilə Türkiyə arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regionda yaranmış yeni reallıqlar, ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlıq imkanları diqqət mərkəzində olub.

İrakli Qaribaşvili Gürcüstanın ərazi bütövlüyü və suverenliyini, eləcə də, Avroatlantik inteqrasiyasını dəstəklədiyinə görə Türkiyə tərəfinə minnətdarlıq edib.

Baş nazir ölkəsinin Türkiyə ilə strateji tərəfdaşlığı, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu və bütün bunların rəsmi Tbilisinin xarici siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb.

Söhbət zamanı Gürcüstan hökumətinin Türkiyə ilə ədalət, qanunun aliliyi və insan hüquqları sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduğu xüsusi qeyd edilib.

Baş nazir, bu istiqamətdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasını xüsusi qeyd edib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button