Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Məhkəmə Koçaryanı Moskvaya buraxmadı

Məhkəmə Ermənistanın sabiq prezidenti, müxalif “Ermənistan” blokunun rəhbəri Robert Koçaryana ölkə xaricinə çıxmağa qadağa qoyub.

“Kainat” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla da bir həftə əvvəl Rusiyanın hakim “Vahid Rusiya” partiyası tərəfindən dəvət alan Koçaryanın Moskva səfəri də baş tutmayıb. Görüş 19 sentyabra planlaşdırılmışdı.

“Ermənistan” blokunun bəyanatına görə, məhkəmə qadağaya hər hansı səbəb göstərməyib.

“Biz “Ermənistan” blokunun siyasi fəaliyyətini məhdudlaşdırmaq üçün hökumətin məhkəmyə təzyiqinin daha bir nümunəsinin şahidi oluruq”, – deyə bəyanatda bildirilir.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button