Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Paşinyan 7 milyon xərcləyərək dinləmə cihazı aldı

Ermənistanın Baş naziri Nikol Paşinyan daxili düşmənləri ilə mübarizə aparmaq üçün yeni üsula əl atıb.

“Kainat” xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb. Məlumata əsasən, Paşinyan bu məqsədlə “Peqasus” dinləmə sistemini alıb. Onun sözügedən bu sistemi əldə etmək üçün 7 milyon dollar xərclədiyi qeyd olunub. 

Bildirək ki, ölkələrdə “Peqasus” sistemi ölkənin təhlükəsizliyinə təhlükə doğuran şəxslərin və yaxud qurumların dinlənməsi məqsədilə xarici kəşfiyyat tərəfindən istifadə olunur. 

“Sistemin işləmə mezanizmi kifayət qədər sadədir. Dinləniləcək telefon nömrəsinə adi reklam xarakterli SMS-link göndərilir. Onu açdıqda isə “Peqasus” dinləmə sistemi mobil telefona quraşdırılır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bir insanı izləmək üçün 10 min dollardan çox vəsait tələb olunur. Məsələ ondadır ki, bu sistem “Signal”, “WhatsApp”, “Telegram” və “Facebook” tətbiqetmələrini əlçatan edir. 

Ölkə rəhərliyi yeni sistemi əsas olaraq müxalifətə qarşı istifadə etmək üçün alsa da, dinləniləcək şəxslər birbaşa olaraq Paşinyanın göstərişi əsasında seçilir. Əldə etdiyimiz məlumata görə, müstəqil KİV-dən birinin redaktoru da sözügedən şəbəkəyə qoşulub”, – deyə qəzet yazır.

 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button