Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlə görüşü planlaşdırılır

“BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır”.

“Kainat” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko deyib.

“Hazırda həmsədrlər üçlüyünün Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü planlaşdırılır. Bu baş verərsə, iki ölkə arasında münasibətlərin normallaşma prosesinin praktiki konturlarının əldə edilməsi baxımından müsbət işarə olacaq”, – deyə Rudenko qeyd edib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button