Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Erməni üzümçülər yenə etiraz aksiyası keçirir

Ermənistanda bir qrup üzümçü hökumət binası qarşısında etiraz aksiyası keçirir.

“Kainat” xəbər verir ki, bu barədə məlumatı “Aysor.am” yayıb.

Üzümçülərin sözlərinə görə, onlar əllərində qalan təqribən 30 ton üzümü sata bilmirlər və hökumətdən yaranmış vəziyyətlə bağlı cavab tələb edirlər.

Aksiya iştirakçılarından biri bildirib ki, 2018-ci ildə Nikol Paşinyan üzümçülərə bundan sonra heç bir problemin olmayacağını vəd etsə də, indi onların məhsullarını heç kim almır. Həmçinin qeyd olunur ki, bazarın əsas oyunçularından olan “Noy” şirkəti yerinin olmadığını iddia edərək istehsalçılardan üzüm almağı dayandırıb.

Qeyd edək ki, bu, erməni üzümçülərin ilk belə etiraz aksiyası deyil. Belə ki, üzümçülər sentyabrın əvvəlində İrəvan-Yerasx avtomobil yolunun Şaumyan kəndindən Taperakan kəndinə gedən hissəsini bağlamışdılar.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button