Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib HESAB EDİRƏM”
24 Sentyabr 2021 21:51
38
“Ermənistan regionda dayanaqlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq konstruktiv dialoqa hazırdır”.
KAİM.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda etdiyi çıxışında deyib.“Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin 10 noyabr 2020 -ci ildə imzaladığı üçtərəfli bəyanatın 9 -cu bəndində və 11 yanvar 2021 -ci il tarixli bəyanatda göstərildiyi kimi regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm. Nəticədə bölgə ölkələri nəqliyyat arteriyaları ilə bir -birinə bağlanacaq. Sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq”-Paşinyan bildirib.
Loading...
Yazının davamı reklamdan sonra
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.