Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Erməni KİV-lərində ağlaşma:“Kəlbəcəri Melkonyan almışdı, onun ad günündə təhvil verdik”

25 noyabrda Azərbaycan Silahlı qüvvələri Kəlbəcərə daxil oldu.

Kaim.az xəbər verir ki, bununla bağlı erməni KİV-ləri yas əhaval-ruhiyyəsindədir.

Məsələ ondadır ki, 25 noyabrda məşhur erməni terrorçusu Monte Melkonyanın doğum günüdür.

Loading...
Yazının davamı reklamdan sonra

Məhz onun komandanlığı altında 1993-cü ilin mart-aprel aylarında erməni silahlı birləşmələri Kəlbəcərə soxulmuşdular.

Monte Melkonyan Amerikada doğulmuş, orada təhsil almışdı. Universitet təhsili görmüş Melkonyan gənc yaşlarından “ümummilli erməni ideyası”nı qəbul etmiş, “bütün şüurlu ömrünü bu işə sərf edəcəyinə” and içmişdi. Müxtəlif erməni dərnəklərində fəal iştirak edərək, XX əsrin 70-ci illərində Avropada ASALA erməni təşkilatının yaradılmasında müstəsna rol oynamış, az sonra fikir ayrılığına görə ASALA-dan qopub, onun radikal qanadını yaratmış və bu qurumu terror təşkilatı kimi tanıtmışdı. Hədəfə çatmaq üçün terroru vasitə kimi seçmişdi. Hədəf isə Avropada yaşayan türklər idi. Onun təşəbbüsüylə, Avropadakı türk diplomatlarına, Türkiyə səfirliklərinə, türkiyəli jurnalistlərə və mülki şəxslərə qarşı, sözün əsl mənasında, müharibə elan olunmuşdu. Qanlı partlayışlarda, yüzlərlə günahsız insanın qətlində təqsirli bilinən və Türkiyə dövlətinin israrlı tələbindən sonra rəsmən beynəlxalq axtarışa verilən M.Melkonyan həbs olunmuş, nəhayət, ASALA-nın fəaliyyətinə son qoyulmuşdu. Hələ bundan xeyli əvvəl Melkonyan Latın Amerikasının bəzi ölkələrində və PKK terror təşkilatının düşərgələrində təlim almışdı. Göründüyü kimi, terror sözü bu şəxsi bütün ömrü boyu müşayiət edib. Bütöv bir xalq üçün nə qədər abır ifadə olsa da, faktdır ki, ölənəcən öz əməllərindən dönməyən Melkonyan erməni xalqının tam əksər hissəsinin pərəstiş obyektinə çevrilib.

1990-cı ildə hansısa sehrli qüvvənin əlilə bu məşhur terrorçu müəmmalı şəkildə həbsdən azad olunur, birbaşa Ermənistana, sonra isə Dağlıq Qarabağa göndərilir. Tezliklə o, Martuni (Xocavənd) istiqamətində vuruşan erməni hərbi birləşmələrinin komandanı təyin olunur. Martuninin hərbi komendantı vəzifəsini icra edən M.Melkonyan silahlı dəstələrdə sərt nizam-intizam yaradılmasında, Azərbaycanın Xocalı, Kəlbəcər, Ağdam rayonlarının işğalında, bu rayonların azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə əməliyyatında rəhbər və icraçı kimi birbaşa iştirak edir.

Monte elə 1993-cü ili iyununda Ağdamda, Mərzili kəndi yaxınlığında ordumuz tərəfindən məhv edildi.

Bundan sonra ona Ermənistan Milli Qəhrəmanı adı verilmişdi.

Erməilərin qəhrəman kimi biət etdikləri bu cəlladın ad günündə Kəlbəcəri tərk etmələri düşmən ölkənin ictimaiyyətinə ikiqat ağır təsir edir.

Cünki “Karvaçar” (Kəlbəcər) qələbəsinin onun adı ilə bağlayırdılar.

İndi ermənilər təəsüflə Melkonyandan sitat gətirirlər-“ “Artsax” əldən getsə, Ermənistan tarixinin axırıncı səhifəsini bağlamaq olar.”

İlqar Atabəyli

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button