Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

“Paşinyan çıxışında dedi, ancaq üçtərəfli bəyanatda bu məsələ yoxdur” – Qazaryan

“Soçi bəyanatı göstərdi ki, artıq Azərbaycan və Naxçıvan arasında fasiləsiz dəhlizin qurulmasına razılıq verilib”.

KAİM.az xəbər verir ki, bunu erməni siyasi eksperti Edqar Qazaryan deyib.

“İmzalanmış sənəddə yeni olan yeganə məsələ sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı müddəadır. Bundan başqa, məlum olur ki, sərhədlərin dəqiqləşdirilməsində Rusiya da iştirak edəcək”, – ekspert bildirib.

Loading...

Qazaryan 16 noyabrda baş verən bir günlük toqquşma zamanı Azərbaycan ordusunun irəliləməsindən də danışıb:

“Nikol Paşinyan çıxışında Azərbaycanı “Ermənistanın suveren ərazisini işğal etməkdə” ittiham etdi, amma üçtərəfli bəyanatda bu məsələ yer almayıb”.

Qazaryan artıq Zəngəzur dəhlizinin açılmasının qarşısında heç bir əngəlin qalmadığına da diqqət çəkib:

“Mənim fikrim budur ki, əgər 9 noyabr müddəaları yerinə yetirilsə, Azərbaycan və Naxçıvan arasında fasiləsiz və təhlükəsiz əlaqələr qurmaq imkanı yaradılacaq. Çünki Ermənistan rəhbərliyi bu bəyanatda bu məsələyə sadiqliyini təsdiqləyib. Əgər Nikol Paşinyan indi manipulyasiya etməyə, bunu ümumi nəqliyyat blokadasının aradan qaldırılması kontekstində təqdim etməyə çalışırsa, deməli, nəqliyyat xətlərinin açılması artıq razılaşdırılıb. Yəni Paşinyan yenə gedib təsdiqlədi ki, o dəhlizi verməlidir, çıxışında nə deməsindən asılı olmayaraq, imzaladığı müqavilənin mətnində Ermənistanın o imkanı verməyə borclu olduğu yazılıb”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button