Top.Mail.Ru

bannerQAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Ordumuz 26 noyabr mövqelərindən GERİ ÇƏKİLDİ? – Erməni təxribatına CAVAB

Erməni təxribatına cavab olaraq 16 Noyabr döyüşlərində Ordumuz daha iki postu nəzarətə alaraq, düşməni qayıtmaq və ərazidəki istənilən prioritet əraziləri zəbt etmək imkanından məhrum etmişdi.

Ordumuzun bu əməliyyatı ilə cənub-şərq istiqamətində Çilligöl, Ermənistanın Verişen kəndi və Gorus şəhəri istiqaməti, həmçinin qərb istiqamətində Şəki və Qızılcığa (İşxanasar) vizual müşahidə və birbaşa atəş təsiri sektorları genişlənmişdi.

Bu gün erməni mediası Qızılcıq (İşxanasar) kənd başçısı Marat Petrosyan adlı erməniyə istinadla Azərbaycan Ordusunun Qızılcıq istiqamətindəki mövqelərindən geri çəkildiyi haqda məlumat yayıb.

Loading...
Yazının davamı reklamdan sonra

“Onların (Azərbaycan ordusunun bölmələrinin – red.) nə qədər çəkildiyini deyə bilmərəm, ancaq Qızılcıq dağının bir hissəsindən geri çəkiliblər”, – Petrosyan deyib.

Hərbi mənbələrdən Axar.az-a daxil olan səhih məlumata görə, erməni mediası növbəti dəfə yalan məlumat yayır. Belə ki, hazırda Ordumuz heç bir mövqeyi tərk etməyib.

Zəruri olaraq qeyd edək ki, Ermənistan rəsmiləri Azərbaycan Ordusunun 40-45 kv/km Ermənistan ərazisinə daxil olduğu haqda iddia qaldırmışdı və Rusiyadan yardım istəmişdi. Buna cavab olaraq isə Rusiya da rəsmi şəkildə elan etdi ki, əgər sərhədlərin demarkasiya və delimitasiya yoxdursa, o ərazilərin Ermənistana aid olduğunu iddia etmək doğru deyil.

Bütün bu faktlar isə sərhədin müəyyənləşməsinin qaçılmaz olduğunu qənaətini ortaya çıxarmışdı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button