Top.Mail.Ru

bannerQAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Rus sülhməramlılardan NÖVBƏTİ ADDIM: Xocalı rayonunda bu gün BAŞLANDI

Pirlər(keçm. “Xramort”) kəndi Ağdam rayonu ilə sərhəddən təxminən 700 -1500 metr, həmin rayonun Əhmədavar kəndindən təxm. 3 km, Ağdam şəhərindən isə 4-5 km məsafədə yerləşir…

“Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağın Xramort kəndindən Əsgəran şəhərinə tərəflərin təmas xətti boyu çəkiləcək yeni yolun tikintisi zamanı təhlükəsizliyi təmin etməyə başlayıblar”.

Moderator.az xəbər verir ki, Rusiya MN-in rəsmi saytında bu gün – dekabrın 8-i Bakı vaxtı ilə səhər saat 06:00-da yayılmış xəbərdə belə deyilir.

Loading...

Qeyd edək ki, söhbət 1-ci Qarabağ savaşında qaynar döyüşlərin məkanı olmuş, dəfələrlə əldən-ələ keçmiş, uğrunda neçə-neçə şəhidlər verdiyimiz Xocalı rayonunun Pirlər kəndindən gedir.

“Hazırda Xramort kəndində çınqılın çıxarılmasının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür. İş təmas xətti boyunca aparılır, bununla əlaqədar Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin iştirakı zəruridir”, – Humanitar Reaksiya Mərkəzinin nümayəndəsi Danil Nikitin bildirib.

Yol inşaatçıları Əsgəran rayonunda(1991-ci ildən Xocalı rayonu ərazisinə daxildir-S.L.) demarkasiya xəttinə yaxın yeni yolun əsasını təşkil edəcək çınqılın çıxarılması işlərinə başlayıblar.

“Rusiya Federasiyasının sülhməramlı qüvvələri ilə birlikdə biz Xramort kəndindən Əsgərana qədər Rusiya sülhməramlı qüvvələrinin patrul xidməti üçün yolun abadlaşdırılması işlərinə başlayırıq, çünki kənd təmas xəttindədir”, – şirkətin tikinti direktoru Narek Akopyan bildirib.

Bu yol həm mülki şəxslərin yaşayış məntəqələri arasında təhlükəsiz hərəkətinə, həm də sülhməramlıların yeni patrul marşrutunun yaradılmasına xidmət edəcək. Yol tikintisi işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır”- Rusiya MN-in yaydığı xəbərdə belə deyilir.

Onu da xatırladaq ki, Pirlər kəndi Ağdam rayonu ilə sərhəddən təxminən 700 -1500 metr, həmin rayonun Əhmədavar kəndindən təxm. 3 km, Ağdam şəhərindən isə 4-5 km məsafədə yerləşir…

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button