Top.Mail.Ru

bannerQAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Terroristlər Qarabağda sülhməramlıların dəstəyi ilə “polis” XİDMƏTİ YARADIRLAR

Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyan dünən Xocavənd rayonuna gedib. JAMAZ.İNFO xəbər verir ki, o, rayon mərkəzində sakinlərlə görüşüb.

Harutyunyan deyib ki, Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlıları onları “xarici təhlükə”dən qoruyur. Amma bununla yanaşı, Qarabağda “hüquq-mühafizə orqanları”nın yenidən formalaşdırılması istiqamətində işlər gördüklərini də deyib. “Başqa seçimimiz yoxdur. Yaratdığımız hüquq-mühafizə orqanlıarı qeyri-müəyyən müddətə Rusiyanın sülhməramlı missiyası çərçivəsində olacaq. Ümid edirəm ki, bu siyasəti həyata keçirə biləcəyik”.

Qeyd edək ki, Arayik Harutyunyanın dediyi “hüquq-mühafizə orqanları” qeyri-qanuni polis və xüsusi xidmət fəaliyyətini əhatə edir. Belə ki, belə dəstələr Azərbaycan tərəfindən qanunsuz silahlı dəstə kimi qəbul edilir. Yerli qanunvericiliyə görə isə ölkə ərazisində qeyri-qanunu silahlı dəstələr saxlamaq qadağandır və bu terrorçuluq fəaliyyəti kimi qəbul edilir.

Loading...

Digər tərəfdən, Arayikin dediyi kimi, prosesi rus sülhməramlılarının missiyası çərçivəsində həyata keçirəcəkləri bir qədər qəribə görünür. Buradan iki nəticə hasil olur. Birincisi, Qarabağdakı separatçıların “polis” və “xəfiyyə”ləri rus sülhməramlılarının tərkibində fəaliyyət göstərəcək. İkincisi isə həmin missiyanı sülhməramlılar özləri həyata keçirəcək. Lakin bölgəyə müvəqqəti yerləşmiş sülhməramlı missiyanın belə bir səlahiyyəti yoxdur. Onlar Qarabağda təhlükəsizliyə cavabdehdirlər və bu istiqamətdə də işlərini görməlidirlər. Onların səlahiyyətində separatçılara “polis” yaratmaq və ya himayə etmək yoxdur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button