Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Ekspert Qərbin Paşinyan qarşısında qoyduğu vəzifələri açıqladı

Nikol Paşinyan Ermənistanda hakimiyyətə Qərbin təhriki ilə baş vermiş dövlət çevrilişi nəticəsində gəlib.

KAİM.az xəbər verir ki, bu barədə REGNUM informasiya agentliyinin müxbirinə politoloq Aslan Rubayev bəyan edib.

Ekspertin fikrinə görə, 2018-ci ildə Serj Sarkisyan rejiminin Nikol Paşinyan rejiminə dəyişilməsi, bütün çatışmazlıqlarına rəğmən, rusiyayönümlü liderin tamamilə qərbpərəst və antirusiya meylli liderə dəyişməsi oldu.

Loading...
Yazının davamı reklamdan sonra

Paşinyanın hakimiyyətə “qansız”, “məxməri inqilab” nəticəsində gəlməsi mahiyyət etibarilə Qərb tərəfdən təhrik edilən dövlət çevrilişi idi. Məhz Qərb Paşinyandan korrupsiyaya qarşı barışmaz mübariz və bütün rüşvətxorları ciddi surətdə cəzalandıracaq “ağ atlı oğlan” obrazını yaratmışdı. Yəni Qərb insanların arxasınca gedə biləcək ideal obraz yaratmışdı. Və insanlar da onun arxasınca getdilər”, -ekspert belə hesab edir.

Daha sonra Qərb Paşinyanın qarşısında aşağıdakı vəzifələri qoyub:

1) Ermənistanı maksimal olaraq Rusiyanın orbitindən uzaqlaşdırmaq;
2) Rusiya hərbi bazalarını ölkədən çıxarmaq;
3) Qarabağı təhvil vermək.

Mənim buna heç bir şübhəm yoxdur”,-politoloq belə deyib.

Xatırladaq ki, Nikol Paşinyan Ermənistanda 2018-ci ilin aprel-may aylarında müxalifətin kütləvi etiraz aksiyaları nəticəsində hakimiyyətə gəlib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button