Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

TƏCİLİ! Sülhməramlıların Qarabağda qalma müddətinə YENİDƏN BAXILIR? – ƏLİYEVİN İRADI

Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı sülhməramlıların fəaliyyətindən də danışıb.

Prezident qeyd edib ki, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərlə gedənlərin sayı arasında böyük fərq var:

 

Loading...
Yazının davamı reklamdan sonra

“Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, – bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, – yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun”.

Milli Məclisin deputatı Elman Məmmədov Modern.az-a bildirib ki, sülhməramlılar bizim əraziyə daxil olan gündən özlərinə aid olmayan işlərlə məşğul olurlar:

“Mən onlara heç vaxt sülhməramlı deməmişəm, demərəm də. Onlar ancaq orada erməni yerləşdirmək, havadar qüvvələrlə əlaqə yaratmaq niyyətindədirlər. Azərbaycan ərazisinə digər qüvvələri salmaqla məşğuldular. Prezident də bunu açıq şəkildə bildirdi. Azərbaycan ərazisində özbaşına rus icmaları yaratmaq, rus heykəlləri qoymaq, kilsə tikmək və s. bunların hamısı Azərbaycan qanununa ziddir.

Prezident də bildirdi ki, mütəmadi olaraq Rusiya dövlətinin rəhbərliyinə etirazlar bildirilir. Bunların bütün hərəkətləri Azərbaycan ictimaiyyətində narahatlıq doğurur. Bunların qarşısını almaq lazımdır, Azərbaycan ərazisində qalma müddətləri məsələsinə baxılmalıdır, düşünürəm ki, baxılacaq da. Erməniməramlılıq edirsizsə, bizim ərazimizdə qala bilməzsiz. Onlar bilməlidir ki, bütün fəaliyyətləri bizim nəzarətimizdədi, xəbərdarlıq olunur, nəticə çıxmasa, ciddi işlər görüləcək”.

Hərbi ekspert Şair Ramaldanov saytımıza bildirib ki, sülhməramlı qüvvələrin fəaliyyəti Azərbaycan və Rusiya arasında qəbul edilmiş təlimnamə əsasında həyata keçirilir:

“Həmin təlimnamədə həm Laçın dəhlizində nəzarətin hansı formada aparılması, həm də müvəqqəti sülhməramlıların yerləşdiyi Azərbaycan ərazisində fəaliyyətlərini hansı formada aparmaq haqqında yazılıb. Orada nəzarət mexanizmi birinci yer tutur. Ona görə ki, nəzərat olmasa, orada yerləşən ermənilərə təsir edən qüvvələr öz fəaliyyətlərini yerinə yetirə, təxribat törədə bilərlər. O cümlədən, Laçın dəhlizində hərəkət Prezidentin də dediyi kimi, 91% yoxlanılmırsa, oradan hər şey keçirilə bilər. Hətta burada terror aktı törədilib. Həmin yerdə qumbara atılmasının səbəbi də elə nəzarətsizlikdən idi. Qumbara ilə sürücü Laçın dəhlizindən keçirsə, bu, artıq məsuliyyətsizlikdi. Onlar orada nə edirlər, o postları niyə qurublar?”

Ekspert həmçinin vurğulayıb ki, digər məsələ oradan çıxmaq istəyən ermənilərin həmin fikirdən yayındırılmasıdır:

“Bu da çox ciddi məsələdir. Alınan məlumatlara görə, orada olan ermənilərin ərazini tərk etməklə bağlı dəfələrlə müraciətləri olub. Hətta onların arasında Şuşada azərbaycanlılarla bir yaşamaq istəyənlər də var. Bunların hamısının qarşısını sülhməramlılar alıb. Bunlar hələ bizə açıqlanan məlumatlardı, hələ nə qədər qaranlıq qalan məqamlar var”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button