Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

ASALA-dan ŞOK BƏYANAT: Bakı və Ankarada erməni terroru BAŞ QALDIRIR – “böyük ermənistan…”

ASALA-nın bəyanatı Azərbaycan və Türkiyəyə qarşı erməni terrorunun aktivləşəcəyi riskini gündəmə gətirdi.
Bəyanatdan çıxan nəticə budur ki:
– ASALA uzunmüddətli fasilədən sonra fəaliyyətini bərpa etdiyini rəsmi şəkildə elan edir;
– Təşkilatı “ali məqsədi” (“Qərbi Ermənistan”ın azad edilməsi və “böyük Ermənistan”ın qurulması) uğrunda terror aktlarına yenidən başlaya bilər.
Bunu bəyanatda açıq şəkildə elan edirlər. ASALA-nın keçmişdə törətdiyi terror aktları, ermənilərin çətinə düşən kimi mübarizənin əsas vasitəsi olaraq terrora əl atmaq tarixi də bu bəyanatın ciddiyə alınmasını zəruri edir.
ASALA keçmişdə olduğu kimi yenə müxtəlif ölkələrdə türk səfirliklərini hədəfə ala bilər: bu, Ankara-İrəvan xəttində normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıyır və bəyanatda da bu prosesə qarşı olduqlarını açıq mətnlə vurğulayırlar; eyni hücumların Azərbaycan səfirliklərinə edilməsi də mümkündür; Tovuz döyüşlərində xaricdə diplomatik nümayəndəliklərimizə və soydaşlarımıza hücum edən ermənilər arasında “ASALA köynəkləri” geyinənlərin olması da bu ehtimalı gücləndirir.
Terror hücumlarının Qarabağda da edilməsi istisna deyil: Şuşada ordumuzun postuna qumbara atılması, terror aktını törədən Norayr Mirzoyana maliyyə yardımlarının edilməsi hələ o vaxtdan bu məsələni aktuallaşdırmışdı; ASALA ermənilərdən terror fəaliyyətinə cəlb edə bilər və bu, bölgədə Bakının idarəçiliyinin bərpa edilməsinə qarşı olan, bunun üçün azərbaycanlılarla ermənilərin birgəyaşayışının mümkün olmadığını isbat etmək istəyən tərəflərin də marağındadır.
Asif Nərimanlı, siyasi şərhçi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button