Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirik – PAŞİNYAN

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir.

KAİM.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 24-də feysbuk səhifəsində onlayn keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan Ankara ilə danışıqların dinamikasını saxlamaqla Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər.

Loading...
Yazının davamı reklamdan sonra

“Artıq Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrimizin görüşü olub. Bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyadakı diplomatik forumda iştirak etməsi ehtimalı yüksəkdir. Danışıq fürsətini qaçırmağımız məntiqsiz olardı. Qeyd edim ki, dünya birliyi, o cümlədən Rusiya, Avropa İttifaqı, ABŞ, region dövlətləri münasibətlərin tənzimlənməsi prosesini dəstəkləyir”, – deyə Ermənistanın baş naziri əlavə edib.

Nikol Paşinyan qeyd edib ki, onların ictimaiyyətdən gizli heç bir sirləri yoxdur: “Bizim siyasətimiz ictimai elanlar sferasında olacaq. Amma davamlı olaraq məlumatların sızması prosesə heç bir fayda verməyəcək” //Publika.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button