Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Paşinyan Türkiyə səfərinin detallarını AÇIQLADI: Ankaranın dəvəti ilə…

Ermənistan Baş naziri Nikol Paşinyan martın 11-13-də keçirilməsi planlaşdırılan Antalya Diplomatiya Forumunda iştirak edə biləcəyini açıqlayıb.

KAİM.az xəbər verir ki, Paşinyan Türkiyə ilə normallaşma prosesinə çox ciddi və səmimi yanaşdıqlarını deyərək, danışıqların hazırkı tempdə davam edəcəyi təqdirdə Türkiyənin dəvətini qəbul edəcəyini və Antalyada planlaşdırılan Diplomatiya Forumuna qatılacağını açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə və Ermənistan arasında normallaşma prosesini sona çatdırmaq niyyətindədir.

Loading...
Yazının davamı reklamdan sonra

Bu dəfəki danışıqların 2009-cu ildəkindən fərqli zəmində başladığını vurğulayan Ermənistanın baş naziri qeyd edib:

“Türkiyə ilə normallaşma danışıqlarına çox ciddi yanaşırıq. Əvvəlki uğursuz cəhdlərdən əldə etdiyimiz təcrübələri nəzərə alaraq, qonşumuzla münasibətləri qeyd-şərtsiz normallaşdırmağı başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button