Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

“Sarkisyanla Köçəryan QORXUR Kİ, Azərbaycan onları tələb edib, EDAM EDƏR…”

“Ermənistanın Türkiyə və Azərbaycanla danışıqlara getməkdən başqa yolu yoxdur. Bunu da dəfələrlə demişik və Ermənistan indi özü dərk edir ki, biz deyən olacaq. Qaldı ki, əbədi müharibə etmək mümkün deyil. Erməniləri çaşdıran Serj Sarkisyan və Robert Köçəryandır. Onlar heç də ermənilərin dərdini çəkmirlər, əslində öz şəxsi maraqlarını güdürlər və həyatları üçün ola biləcək təhlükədən ehtiyat edirlər”
KAİM.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib. V.Əziz bu sülh sazişinin ən çox ermənilərə faydalı olacağını bildirib:
“Serj Sarkisyanla Robert Köçəryan qorxur ki, münasibətlər düzələndən sonra Azərbaycan onların hər ikisini Ermənistandan tələb edib, edam edər. Amma mənə elə gəlir ki, çomağımızı əlimizdən yerə qoymamaq şərtilə Ermənistanın Azərbaycan və Türkiyəylə yaxınlaşmasını qəbul etmək lazımdır. Bizim başımız artıq ermənilərə qarışmalı deyil, işlərimiz çoxdur. Şuşada, Ağdamda, Füzulidə və digər rayonlarımızda işlər gedir.
Ən azı Naxçıvana açılacaq dəmir yolunun da xeyri var. Gələcəkdə biz də gedib Dərələyəzdə kabab bişirəcəyik. Qaldı ki, biz düşməni bu yolu seçməyə 44 günlük Vətən müharibəsində məcbur etdik. Azərbaycan silahının, xalqının, ordusunun gücü bunu etdi. Rusiya da bilir ki, Ermənistan belə davam edərsə, onu itirə bilər. Rusiya ona görə tərəfimizdə durur ki, Ermənistanı itirməsin”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button