Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

“Bəyanatda nə Mehri, nə də Ermənistanın digər ərazisinə aid “dəhliz” ifadəsi yoxdur” – Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan 10 noyabr üçtərəfli bəyanatının gələcək icrası üçün prioritet istiqamətlərini açıqlayıb.

KAİM.az xəbər verir ki, bu barədə ölkə lideri öz “Facebook” səhifəsində paylaşım edib.

Saytların yığılması Saytların yığılması

“Bəyanatın 8-ci bəndi tam icra olunmalıdır. Əsirlərin, girovların və digər məhbusların, eləcə də ölənlərin cəsədlərinin tam mübadiləsi aparılmalıdır. Münaqişə zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları aparmaq da vacibdir”, – Paşinyan qeyd edib.

Onun sözlərinə görə, ikinci prioritet istiqamət regionun iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasıdır: “Bütün regional iqtisadi və nəqliyyat kommunikasiyaları blokadadan çıxarılmalıdır. Bu həm Ermənistanın Azərbaycan ərazisindən Rusiyaya və İran İslam Respublikasına yük daşınması və nəqliyyat rabitəsi, həm də Azərbaycan ərazisindən Ermənistandan keçməklə Naxçıvana yük daşınması və nəqliyyat rabitəsi deməkdir”.

“Bir daha xatırladıram ki, 10 noyabr bəyanatında Mehri ya da Ermənistan Respublikasının hər hansı bir ərazisi ilə əlaqədar “dəhliz” ifadəsi yoxdur. Ermənistandan Rusiyaya və Azərbaycandan Naxçıvana gedən rabitə yollarının seçimi ayrı bir müzakirə mövzusudur”, – Paşinyan əlavə edib.

Mənbə: Qazet.az

ProPress.az Media Portalı – Bütün hüquqları qorunur © Saytdakı məlumatlardan istifadə zamanı hiperlinklə istinad mütləqdir!

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir