Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

“Biz söhbət etməliyik, de görüm, nə olub?” – Paşinyan müdafiə nazirini ifşa edən VİDEO PAYLAŞIB

Ermənistanın Baş naziri Nikol Paşinyanın  TikTok sosial platformasında respublikanın keçmiş müdafiə naziri Arşak Karapetyanla yazışmalarının mətnini paylaşıb.

SAVASH.ORG-un məlumatına görə, erməni mediası yazışmaların 14 noyabr 2021-ci il tarixinə aid olduğunu iddia edir.

Saytların yığılması Saytların yığılması

Paşinyan paylaşdığı videoda bunları deyib: “Noyabrın 14-də səhər Arşak Karapetyan mənə bildirdi ki, cəbhədə sakitlikdir. Amma sonradan öyrəndim ki, onun məruzə etdiyi vaxt Azərbaycan qoşunları müxtəlif istiqamətlərdən Ermənistan ordusunun nəzarətində olan ərazilərə daxil olmuş və bəzi məntəqələri tutmuşdular. Mənim iki variantım var: Ya müdafiə naziri Arşak Karapetyanın heç nədən xəbəri olmayıb, ya da mənə qəsdən yalan məlumat verib”.

Bunun ardınca isə Paşinyan keçmiş müdafiə nazirinin 2021-ci il noyabrın 14-ü, səhər saat 09:38-də ona göndərdiyi və “hər şeyin qaydasında olduğundan” bəhs edən səsli mesajı paylaşıb.

Paylaşımdan belə anlaşılır ki, Karapetyan, artıq günorta, saat 16:12-də Paşinyanla əlaqəni tamamilə kəsir və Baş nazir ona aşağıdakı məzmunda silsilə mesajlar yazır: “Biz ciddi söhbət etməliyik”, “Siz hər şeyə görə izahat verməlisiniz”, “Nə olub?”.

Arşak Karapetyan isə ittihamlara cavab olaraq bəyan edib ki, Baş nazirin onun haqqında dediklərinin reallıqla heç bir əlaqəsi yoxdur.

Bənzər yazılar