Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Delimitasiya işləri nəticəsində Azərbaycanla Ermənistan arasında yaradılan sərhəd xəttinin uzunluğu açıqlanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatında deyilir.

Saytların yığılması Saytların yığılması

Qeyd edək ki, bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Bənzər yazılar