Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Ermənistan-Azərbaycan sərhəddinin delimitasiya prosesi Tavuş vilayətindən başlayacaq – Paşinyan

Ermənistan-Azərbaycan sərhəddinin delimitasiya prosesi Tavuş vilayətindən başlayacaq.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Saytların yığılması Saytların yığılması

“Vəziyyətdən və imkanlardan çıxış etmək lazımdır. Kommunikasiyaları Ermənistan tərəfi üçün rahat olan yerdə çəkmək, elə qurmaq lazımdır ki, de-yure olaraq Ermənistan ərazisindən keçsin”, – o qeyd edib.

Bundan başqa, Paşinyan yaxın günlərdə Tavuşa gedəcəyini bildirib.

Xatırladaq ki, 7 mart tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.

Bənzər yazılar