Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

“Ermənistan bu zərbədən salamat çıxmayacaq” – İran ÇIXIŞ YOLU AXTARIR

KAİM.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Saytların yığılması Saytların yığılması

Nəşr bildirir ki, Rusiyanın müxtəlif dairələri mövzu ətrafındakı müzakirəni qızışdırırlar:

“Ruslar Nikol Paşinyanın anti-Rusiya siyasətinin sonda sanksiyalara səbəb olacağını bildirirlər. Mənbələrimiz bildirirlər ki, Avrasiya İqtisadi Birliyinin (AİB) hüquqi tənzimləmələrinə görə indiyədək sanksiyalar tətbiq edilməyib. Ermənistan bu imkanlardan istifadə edərək öz məhsullarını Rusiyada satmaq, Rusiyadan da qızıl və digər ixrac mallarını öz ərazisi vasitəsilə Yaxın Şərqə çatdırmaq üçün istifadə edir.

Başqa sözlə, AİB və Rusiyanın da İrəvana müəyyən qədər ehtiyacı var və bu səbəbdən ciddi iqtisadi tədbirlər görmür. AİB-dəki mənbələrimizin dediklərinə görə, uzun müddətdir bütün mümkün sanksiyaların təsbit edildiyi paket dövriyyədədir, amma bunun mümkün zərərlərini hesablayıb istifadə etmirlər”.

“Past”ın fikrincə, Rusiya sanksiyaları və bu yöndə veriləcək qərar Ermənistana öldürücü təsir göstərəcək: “Mümkün sanksiyalar, xüsusən də qazın qiymətinin qaldırılması Ermənistan iqtisadiyyatını çökdürə bilər”.

Məqalədə qeyd olunur ki, Rusiya Ermənistana sanksiya tətbiq etsə, həmişə olduğu kimi yardımına İran qaçacaq: “İranın analitik mərkəzləri müzakirə aparırlar ki, bu durumda Ermənistana qaz çatdırmaq, ölkənin tələbatının ən azı yarısını təmin etmək mümkündür”.

Bənzər yazılar