Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Ermənistan ordusunun xroniki xəstəliyi –Yayılan hesabat, üzə çıxan faktlar… – FOTO

2023-cü ildə Ermənistan silahlı qüvvələrində döyüş şəraitində 19 hərbçi həlak olub. Bu barədə Ermənistan hökumətinin 2021-2026-cı illəri əhatə edən dövlət proqramının 2023-cü il üzrə icrasının gedişi və nəticələri haqqında hesabatında bəhs olunub. Bildirilib ki, 64 hərbçi qeyri-döyüş şəraitində həlak olub. O da qeyd olunub ki, ötən il ərzində üç hərbçi əsir düşərək geri qaytarılıb.

Hesabatdan aydın olduğu kimi, Ermənistan ordusu ötən il döyüş şəraitində itirdiyi hərbçidən 3 dəfə artığını qeyri-döyüş şəraitində itirib. Bu göstərici Ermənistan ordusu barədə hansı gerçəkliyi ortaya qoyur?

Saytların yığılması Saytların yığılması

Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, döyüş şəraitindən asılı olmayan səbəbdən baş verən ölüm halları orduda nizam-intizamın  pozulmasının göstəricisidir.

Ekspertin sözlərinə görə, belə hadisələr komandir və yüksək rütbəli zabit heyətinin sıravi əsgərlərlə nizamnamədən kənar münasibəti ilə bağlıdır: “Orduda baş verən rüşvət və korrupsiya amilləri şəxsi heyət arasında intihar kimi ölümlə nəticələnən hallara yol açır. Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölüm gündən-günə artır. Statistika bizə Ermənistan ordusu daxilində nizam-intizamın və zabit-əsgər münasibətlərinin ciddi şəkildə pozulmasından xəbər verir. Orduda bəzən kiçik hadisələr belə böyük problemə çevrilir. Bununla bağlı da Ermənistan tərəfi addım atmır. Orduda belə halların olması Ermənistanı sadəcə düşündürür”.

Hərbi ekspert R.Məmmədli söyləyib ki, ordu cəmiyyətin simasıdır: “Ermənistan ordusu ilə bağlı yayılan hesabat, üzə çıxan faktlar həm də erməni xalqının bir-biri ilə münasibətlərini ehtiva edir. Ermənistan ordusu məğlubiyyəti hələ tam həzm edə bilməyib. Orduda baş verən bu hadisələr də bunu əyani olaraq göstərir. Görünən odur ki, Ermənistan hökuməti də ordusunda hərbi qulluqçuların belə bir psixoloji vəziyyətdə olmasını nəzərə almır. Bu durum artıq Ermənistan ordusunda xroniki xəstəlik halını alıb. Ümumiyyətlə, bunun qarşısının alınması üçün erməni düşüncəsi dəyişməlidir. Əks təqdirdə orduda cinayət və intihar hadisələrinin sayı artacaq”.

Bənzər yazılar