Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Kamal Aliyev: “Rusiya-Ermənistan münasibətləri gərginləşdi, Ərdoğanın Qarabağ mövzusundakı “DÖRDTƏRƏFLİ ZİRVƏ” təklifi mümkündürmü?”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşmədən əvvəl jurnalistlərə verdiyi açıqlamada deyib ki, Qarabağ məsələsində Ermənistana “dördtərəfli zirvə” görüşünü təklif edib. Adı çəkilən zirvə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin dövlət başçısı Ərdoğan v ə Rusiya lideri Vladimir Putinin iştirakı nəzərdə tutulub. Hələ ki, Ermənistan tərəfi Türkiyə prezidentinin təklifinə cavab verməyib. Nəzərə alsaq ki, Rusiya-Ermənistan münasibətləri son vaxtlar kifayət qədər gərginləşib.

Belə ki, Ermənistanda ABŞ hərbçilərinin təlimləri, Paşinyanın ölkəsinin təhlükəsizliyi üçün Rusiyanın yetərli olmaması, İrəvandakı bələdiyyə seçkiləri və revanşist seqmentin ölkədə aktivləşməsi Paşinyanın Ankaranın təklifinə müsbət yanaşacağı ehtimalını zəiflədir. Hal-hazırda, Putin və Paşinyan arasında “söz güləşi” var və bu, Ankaranın “dördtərəfli görüş” cəhdinə kölgə salır. Eyni zamanda, Ankara sanki İrəvanı öz yanına çəkməki stəyir.

Saytların yığılması Saytların yığılması

Doğrudur, Ermənistanın indiki situasiyada Türkiyə ilə yaxınlaşması o qədər asan görünmür. Lakin Kreml hesab edə bilər ki, Ermənistanı birdəfəlik itirməkdən, onu Qərbin geopolitik hədəflərinə qurban verməkdənsə, onu Ankaraya yaxınlaşdırmaq daha yaxşı olardı. Üstəlik, Türkiyə (xüsusilə, Ərdoğan iqtidarı) də şərq qonşusu Ermənistanı Qərbin yanında görməkdənsə, öz orbitində olmasını istəyərdi. Digər bir maraqlı məqam isə budur ki, Ankaranın təklif etdiyi “dördtərəfli zirvə”nin harda keçirilməsidir. Əgər görüş Ankarada keçiriləcəksə, Putinin Türkiyəyə gələcəyi o qədər inandırıcı deyil; hazırkı situasiyada Putinin də İrəvana gələcəyi mümkünsüzdür. Mümkündür ki, dörd ölkənin lideri Mərkəzi Asiya respublikalarının birində görüşsünlər.

Digər bir sual isə budur: Ərdoğanın “dördtərəfli zirvə” təklifi Qarabağ probleminin yekun siyasi həllinə hansı töhvəni verər? Əsas sual da elə budur… 

Bənzər yazılar