Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Keşişlərin və sabiqlərin iflasa uğrayan aksiyası – Baş tutmayan “Baqration əməliyyatı” – TƏHLİL

Keşiş Baqrat Qalstyanın liderlik ulduzu sönməyə başlayır. “Vətən Tavuş uğrunda” devizi altında Azərbaycanla Ermənistan sərhədinin müəyyənləşməsinə etiraz yürüşü İrəvana çatanda “hədəfindən” yayındı.

Əvvəllər özünü siyasətdən kənar, vətən, torpaq, millət “fədaisi” kimi təqdim edən Baqrat, yaxud erməni KİV-in təqdim etdiyi kimi, Vazgen mayın 10-da müsahibəsində baş nazir iddiasında olduğunu gizlətmədi. Ola bilər ki, o, bu iddianı pərdə arxasından boylanan, azərbaycanlıların və ermənilərin qatili Robert Koçaryan amilini gizlətmək üçün irəli sürüb. Çünki Tavuşdan İrəvanadək olan yürüşün arxasında keçmiş prezidentlərin – Robert Koçaryan və Serj Sarqsyanın durduğu artıq sirr deyil. Çünki aksiyaya Robertin oğlu Levon Koçaryan və Serjin kürəkəni Ermənistanın Vatikandakı keçmiş səfiri Minasyan da əyani və qiyabi şəkildə dəstək verib.

Saytların yığılması Saytların yığılması

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi general Yuri Xaçaturovun oğlu Qriqori Xaçaturov da mayın 10-da İrəvanda keçirilən mitinqə qoşulub. Ancaq keçmiş məmurlar tədbirə qoşulsa da, aksiyaçıların sayı narazı keşişlərin, sabiq prezidentlərin gözlədiyi qədər olmayıb. Bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin keçmiş birinci müavini general-leytenant Tiran Xaçatryan da etiraf edib. Paşinyanın işdən qovduğu başqa sabiqlər kimi o da yürüşə qoşulub. Yeri gəlmişkən, Xaçatryan daha çox Ermənistanın Azərbaycan ərazisinə atdığı “İsgəndər” raketlərinin partlamaması ilə bağlı Paşinyanın dediklərinə lağ etməsi ilə yadda qalıb. Onda baş nazir bildirmişdi ki, Qarabağ müharibəsi zamanı “İskəndər” raketlərinin cəmi 10 faizi partlayıb. Tiran Xaçatryan jurnalistin bununla bağlı sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: “Əlbəttə, mümkün deyil. Necə? “İskəndər”? Bir atəş?… 10 faiz?… Bağışlayın, amma bu, qeyri-ciddidir”.

Bu açıqlamasından sonra Xaçatryan tutduğu vəzifədən azad olunmuşdu. Hətta restoranda dava saldığı üçün 2 ay müddətinə həbs də edilmişdi.

Ona görə də keçmiş birinci müavin Baqrat-Koçaryan yürüşünün qatı tərəfdarı sayılır. Xaçatryan xalqın narazılığına baxmayaraq, yenidən kifayət qədər adam toplaya bilmədiklərinə görə məyusluğunu bildirib.

927666b7-59d6-30d7-9ec0-73f4be98972e.jpg (58 KB)

Bu yürüş 2018-ci ilin mayında Paşinyanın keçirdiyi aksiyanın nəticələrini təkrarlaya bilmir. Həmin yürüşdə indiki baş nazir əlini bağlamışdı. Onun əlini yaraladığı iddia olunurdu. Baqrat isə çox gəzdiyi üçün ayağı döyənək olub. Bu səbəbdən də onun ayağını bintlə sarıdığına dair görüntülər yayılıb. Elə bu da aksiyanın əldən ayağadək fərqin olduğunun göstəricisi sayıla bilər.

Artıq aksiya iştirakçılarının sayının kəskin azaldığına dair məlumatlar yayılır. Mənbələr bildirib ki, insanlar aksiyaya qatıldıqları ilə bağlı qeydiyyatdan keçdikdən sonra ərazini tərk edir. Ona görə də nəzərdə tutulan avtomobil yollarını bağlayanların sayı az olub. Polis onları ərazidən çıxarmaqda çətinlik çəkməyib.

Nikol Paşinyan anti-konstitusiya davranışı göstəriləcəyi halda aksiyanı dağıdacaqları barədə əvvəlcədən xəbərdarlıq etmişdi. Ona görə də asayiş keşikçiləri bu tapşırığı icra edirlər. Baş nazirin Eçmiədzinə, Üçkilsəyə səfəri gözlənilir. Orada aksiya keçirmək istəyən potensial şəxslər saxlanılıb. Hətta altı nəfərdə silah və sursat aşkarlanıb. Polis onları da tutub.

Bu, onu göstərir ki, “vətən, torpaq uğrunda” başlayan “yürüş” anti-konstitusion aksiyaya çevrilir.

Bu baxımdan, Koçaryan, Sarqsyan, Vanesyan, müharibəni uduzan generallar, habelə Paşinyana qarşı olan keşişlərin hökuməti istefaya göndərmək məqsədi ilə reallaşdımaq istədikləri isfahanlı “Baqration əməliyyatı” iflasa uğrayır. Onun müəlliflərinin 1998-ci il hadisəsini təkrarlamaq cəhdi baş tutmadı. Onda torpaqları Azərbaycana qaytarıb, sülh bağlamağa hazır olan prezident Levon Ter-Petrosyan hakimiyyətdaxili koçaryanların təzyiqi ilə istefaya göndərildi. Bu dəfə hələ ki tarix təkrarlanmır. Bəlkə Ermənistan cəmiyyəti də bir dəfə düşdüyü bataqlığa bir daha düşmək istəmir. Hər halda “Baqration əməliyyatı”nın baş tutmamasının səbəblərini aşağıdakı kimi sıralamaq olar:

c9d99ce4-4ca2-323a-a792-34001cadcbfa.jpg (165 KB)

– aksiya beynəlxalq güclər, xüsusən ABŞ, Böyük Britaniya tərəfindən dəstəklənməyib;

– aksiyanın vahid siyasi-ideoloji tələbi irəli sürülməyib;

– aksiyanın şüar və tələbləri aydın olmayıb (onlar hesab edib ki, aksiyaya çoxlu sayda etirazçı qoşulsa, Paşinyanın istefasını tələb edərlər);

– Baqratın cəmiyyət tərəfindən tanınmaması;

– yürüş təşkilatçılarının, xüsusən Koçaryan və Sarqsyanın özünü gizlətməsi;

– müxalifət kəsimin keçmiş hakimiyyət nümayəndələri olması;

– aksiyanın Paşinyandan qisas almaq naminə keçirilməsi;

– hakim komandanın birliyi qoruya bilməsi;

– hökumətin prosesə səbirlə yanaşması;

– Almatı danışıqlarının keçirilməsi;

– erməni kilsəsinin cəmiyyətdə nüfuzdan düşməsi və s.

Azərbaycanın klassik ədəbiyyatında istifadə olunan ifadə var: “İsfahan lotusu”. Çox hiyləgər, fırıldaq və başqa şər əməlləri olanları belə adlandırırlar. Bu ifadə Şah Abbasın dövründə paytaxtın İsfahana köçürülməsi ilə eyni dövrdə yaranıb.

d7b3110e-63ac-377f-b7d7-e8e1b1af2273.jpg (78 KB)

Baqrat Qalstyanın 1971-ci il mayın 20-də Gümrüdə anadan olduğu deyilir. Məlumata görə, həmin il bütün ailə İranın İsfahan bölgəsinin Sagibaran kəndindən Gümrüyə köçüb. Ailə 1977-ci ildə İrəvana daşınıb. Yəni o, İsfahandan Gümrüyə anasının bətnində köçüb. Davranış, vəd və çıxışları ilə o, “İsfahan lotusu”na daha çox bənzəyir.

Odur ki, “Baqrat, yaxud Baqration əməliyyatı” 26 il əvvəlki nəticəni vermədi…

Sədrəddin Soltan,
Report.az

Bənzər yazılar