Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Müxalifətçi qadın oğurlandı – ilginc məlumatlar

“Ana Ermənistan” blokundan olan Ağsaqqallar Şurasının üzvü Narine Ayrapetyan İrəvanda oğurlanıb.

Bu barədə erməni mediasına istinadən bildirir.

Saytların yığılması Saytların yığılması

Qeyd olunur ki, Nor Nork rayonunun polis şöbəsi adam oğurluğu faktı ilə bağlı sənədlər hazırlayır və sənədlər Ermənistan İstintaq Komitəsinin İrəvan İstintaq İdarəsinin Avan və Nor Nork rayonlarının istintaq şöbəsinə veriləcək.

Məlumata görə, istintaq materialları 48 yaşlı İrəvan sakini Narine Ayrapetyanın yanvarın 17-də polisə verdiyi şikayət əsasında tərtib edilib.

O, bildirib ki, yanvarın 15-də saat 09:30 radələrində Totovents küçəsində naməlum şəxslər onu naməlum markalı avtomobilə mindirib, gözlərini bağlayıb, sonra isə naməlum yerə aparıb. Oğurlanan şəxs orada 60-65 yaşlı kişi ilə görüşüb. Həmin şəxs onunla siyasi fəaliyyəti ilə bağlı söhbət edib, ondan sonra həmin adamlar onu eyni şəkildə Abovyan küçəsinə aparıblar və çıxıb gediblər.

Bənzər yazılar