Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Ölən erməni hərbçilərin sayı 4-ə yüksəldi – Ermənistan MN AÇIQLADI (YENİLƏNİB)

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla şərti sərhəddə ölən hərbçilərinin 4 nəfər olduğu barədə məlumat yayıb.

KAİM.az Ermənistan mətbuatına istinadən verdiyi xəbərə əsasən, daha bir hərbçi yaralanıb.

Saytların yığılması Saytların yığılması

****

Bu gün, fevralın 13-də səhər saatlarında iki erməni hərbçisi ölüb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Erməni mediası yazır ki, hadisə Nerkin-And istiqamətində baş verib.

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

Bənzər yazılar