Top.Mail.Ru
bannerQAFQAZ XƏBƏRLƏRİ

“Onların prezidenti bizə it deyir, burda bircə erməni belə qalmayacaq” –Fransız jurnalistin Kəlbəcərdə gördükləri

Azərbaycana təhvil veriləcək rayonlardakı ermənilər kapitulyasi ilə barışıb.

Fransizlarin məşhur “Le Fiqaro” qəzetinin əməkdaşı Reji Jante gördüyü mənzərəni qələmə alıb. Kaim.az həmin məqaləni təqdim edir. “Kəlbəcərə çatdıqda dağların üstünə ağ duman çökmüşdü. Hər tərəftən mişar səsləri gəlir.

Saytların yığılması Saytların yığılması

Bu yerlər imzalanmış protiokoldan sonra azərbaycanlılara təhvil veriləcək. Hələlik bu proses 25 noyabradək uzadılıb. Evinin damını, pəncərələrini sökən Robert deyir ki, burda bircə erməni belə qalmayacaq: “Onların prezidenti bizi it adlandırırır, hansını ki, qovmaq lazımdır. Azərbaycanllılar bizi salamat qoymaz. Ona görə nə imkan var özümüzlə aparayacayıq.

Bu evi 25 ilə öz əlimlə tikmişəm. Əlimin altında olanlarla.” “ O vaxt Qarabağın sərhəddində olan Şaumyanovsk rayonundan bura köçmüşdük” deyə Robert davam edir:

“Ermənistanda o vaxt şərait yox idi,bura gəldik. Bura da belə.. Aşağıdakı evi görürsüz, hələ də tüstülənir. Qonşu öz əli ilə yandırıb. Hamı həyətindəki heyva ağacların doğrayır. Meyvə verən ağacları.. Mən bunu etməyəcəm. Nə varsa onu götürəcəm. Qarşıda bizi çətin günlər gözləyir.”

Şəhərin bədbin görüntüsü var. Hər tərəf xarabalıqlardır. O vaxt burada azərbaycanlılar yaşayıb. Ancaq 1993-cü ildə həm Kəlbəcər, həm diğər 6 rayon separatrçı Dağlıq Qarabağ Respublikasının ordusu tərəfindən işğal olub. Kəlbəcərdən 600000 azərbaycanlı köçkün düşüb. Kəlbəcərdə onları 15 min erməni əvəzləyib. İndi şəhərin köhnə və təzə xarabalıqlarında traktorlar, köhnə sovet yük maşınları şütüyür. İnsanlar illərlə yığdıqlarını- divan, kreslo , mebel, qab-qacağı maşınlara yükləyiblər. Rayonun o biri başında, Dadivank monastrında insanlar son ayinə toplaşıblar. Keşiş ermənilərə bu yerlərdə sonuncu xeyir-duasın verib xaç çevirir.

Vardenis yolunda Ermənistana gedən maşınların sayı hesabı yoxdur. Əks itiqamətdə bir neçə avtobus gəlir. Avtobustan düşən erməni qadın bir 3-4 çörək alır: “Rus sülhməramlıları gəlib. Bizi müdafiə edəcəklər. Paşinyan deyir qayıtmaq lazımdır. Gedirəm Stepanaketə. Bəlkə evim hələ salamatdır.”

Tərcümə etdi İlqar Atabəyli

KAIM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir