Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Ordumuz o halda İrəvana girəcək – ŞOK səbəb

Təxribatçı keşiş Baqrat və azsaylı tərəfdarları da daxil, Azərbaycanla sülhə qarşı olan revanşistlər neçə vaxtdır daha bir “arqumenti” gen-bol tirajlayırlar. Bu da odur ki, guya Bakı və Ankara ilə sülh sənədi imzalanandan sonra da Ermənistana hücum təhlükəsi sovuşmayacaq, çünki “Azərbaycan və Türkiyənin torpaq iştahası bitməyəcək”.

Hətta nümunə kimi İraq və Suriyanı göstərirlər. Bəllidir ki, həmin ölkələrin suverenliyi və ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınıb, amma ərazilərində hələ də xarici qoşunlar var…

Saytların yığılması Saytların yığılması

Aydındır ki, Nikol Paşinyanın sülh gündəliyini gözdən salmağa, qonşulara torpaq iddialarının yer aldığı indiki Ermənistan konstitusiyasını saxlamağa hesablanmış belə iddialar yenə erməni çoxluğun “saqqızını oğurlamaq” niyyəti güdür. Zira, bu şər ünsürlərin məramı əlbəttə ki, sülh yox, müharibədir, qırğın-davadır. Xalqlar arasında barışıq deyil, düşmənçiliyin davam eləməsidir.

Təsadüfi deyil ki, radikal-revanşistlər ictimai şüura israrla “öncə güclü ordu yaradaq, sonra qonşularla danışıqlar aparaq” təhlükəli tezisini yeritməyə çalışırlar. “Xoruzun quyruğu” da elə burda gizlənib…

Xain xoflu olar. Məsələ ondadır ki, bölgədə on illərlə qonşu aborigen xalqlara qarşı ərazi iddiası ilə alışıb-yanan, ordusu işğalçılıqla məşğul olan yeganə ölkə Ermənistan olub. Azərbaycan və Türkiyə isə əksinə, məsuliyyətli və sülhpərvər dövlətlər olaraq, sübut edib ki, həqiqətən kimsənin torpağında gözləri yoxdur və hamılıqla qəbul olunmuş beynəlxalq hüquqa sadiq, sayğılıdır.

O səbəbə Bakı və Ankara səmimi şəkildə uzun zaman İrəvana beynəlxalq hüquq normaları əsasında sülh müqavilələri imzalayıb sərhədləri açmağı, ardınca birgə qarşılıqlı faydalı əməkdaşlıq təklif edib. Fəqət, adekvat qarşılıq bu günədək yoxdur…

İndi az-maz Nikol Paşinyan hökuməti “Dəmir yumruq”dan sonra anlamağa başlayıb ki, bəli, qonşularla anlaşmalar, yazılı öhdəliklər, barışıq olmadan erməni xalqı nə rahatlıq, nə də inkişaf və rifah tapa biləcək. Ona da radikallar imkan vermir.

Axı nə demək “öncə güclü ordu qurmalıyıq”? Kim zamin dura bilər ki, Ermənistan məkrli çevrələrin köməyi ilə təzə ordu yaradandan sonra sülh danışıqlarını sıfırlayıb təzədən torpaq iddiasına düşməyəcək? Bizim sözümüz imzamızdır, tarix bunu isbatlayıb, bəs hansı əsasla ermənilərin quru vədinə inanmalıyıq? Başına gələn başmaqçı olar…

İraq və Suriya nümunələrinə gəlincə, bu iki ərəb ölkəsində, xüsusən də Suriyada gerçəkdən çox sayda xarici hərbi qüvvə mövcuddur. Onların içində dəvət olunmayanlar da var. Misal üçün, Türkiyə hərbi kontingenti əraziyə iznsiz girib – PKK terrorçuları və onlara dəstək verən qüvvələrini zərərsizləşdirmək üçün. Niyə iznsiz?

Ona görə ki, hələ də müstəqil ola bilməyən İraq və Suriyanın hökumətləri qardaş ölkəyə real təhdid yaradan terror təşkilatları ilə bacarmır. Yaxud Bəşər Əsəd rejimi kimi sadəcə, istəmir. Türkiyənin isə BMT Nizamnaməsinə əsasən öz təhlükəsizliyini qorumaq naminə qonşu ölkə ərazisinə hərbi müdaxilə hüququ var!..

Qayıdaq Ermənistana. Əgər bu oyuncaq dövlət də öz ərazisində Azərbaycan və Türkiyə hərbi kontingentini görməyi arzulamırsa, o zaman zəhmət çəksin buna əsas yaratmasın, bölgədə təhdid və terror mənbəyi, fitnə-fəsad yuvası olmasın. Özünü ağıllı və adekvat aparsın. Hansısa revanşist-şarlatanın ölkə rəhbəri olmasını əngəlləsin.

Əks halda, sülh müqavilələri imzalansa da, imzalanmasa da, Baklı və Ankara Ermənistanın ərazi bütövlüyünü tanısa da, tanımasa da, həqiqətən o, Suriya kimi eyni aqibəti yaşayacaq. O zaman Azərbaycan Ordusu lap İrəvana qədər gedə bilər.

Odur ki, məsləhətdir “miatsum” virusunun daşıyıcıları arada xəritəyə baxsınlar. Naxçıvan sərhədindən Ermənistan paytaxtına cəmi 42 km-dir!..

Bənzər yazılar