bannerQAFQAZ XƏBƏRLƏRİ

TƏCİLİ: Ordumuz şimaldan və cənubdan irəliləyir – Füzuli, Ağdərə, Xocavənddən XƏBƏR VAR

Azərbaycan ordusu düşmənə zərbələr endirməyə davam edir. Əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın xeyli hissəsi azad olunub. 

Bəs, işğaldan azad edilən yüksəkliklərin nə kimi stratejik əhəmiyyətləri var?

Bu barədə Redaktor.az– a müsahibəsində “Legion” hərbi vətənpərvərlik klubunun rəhbəri, hərbi ekspert Abuzər Əbilov bildirib ki, Azərbaycan ordusu Qarabağın “ürəyinə” yeriyib:

“Hazırda Azərbaycan ordusunun azad etdiyi ərazilərin ümumən Qarabağ üçün strateji əhəmiyyəti böyükdür. Murovdağ zirvəsi ermənilərin müdafiə xəttinin qırılması, Gorus- Kəlbəcər yolunun bilavasitə atəş altında saxlanılması deməkdir. Artıq bu yol ilə Ermənistan heç bir silah-sursat, canlı qüvvə daşıya bilmir. Ordumuz Cəbrayıl- Hadrutdan birbaşa Qarabağın “ürəyinə” yeriyib. Cəbrayıl və Hadrut Qarabağa uzanan yolda strateji bir nöqtədir. Bu nöqtədə olan qoşunlar demək olar ki, qismən Ağdamın və Ağdərənin bir hissəsinə nəzarət edirlər.

Bildiyimiz kimi Talış kəndi də Ağdərənin yüksək nöqtəsində yerləşir. Bu hissədən həm Kəlbəcər, həm də Ağdərə ordumuzun nəzarət altına düşmüş olur.

Ekspert Qarabağın ətrafının ordumuz tərəfindən hilal şəklində mühasirədə olduğunu bildirib:

“Demək olar ki, strateji baxımdan əhəmiyyətli olan yüksəkliklər, ərazilər, yollar Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.  Hazırda 3 istiqamətdə Qarabağa yerimişik. Qarabağın relyefi elədir ki, ordakı hər daş, qaya bir başqa strateji yer, ərazidir. Əldə olan yüksəkliklərdən yürüməyə başlasaq, Qarabağda olan düşmən qoşunlarının məhvi qaçınılmazdır”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button