Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Paşinyan “QIRMIZI XƏTT”i keçmək qərarına gəldi – PROSES BAŞLADI

“İrəvanda “Milli Demokratik Qütb” siyasi hərəkatının Rusiya sərhədçilərinin “Zvartnos” hava limanından çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya Ermənistan hakimiyyəti tərəfindən təşkil edilib. Bu, Rusiyaya qarşı kütləvi ictimai etirazların start götürməsi deməkdir. Təsadüfi deyil ki, hakim “Vətəndaş Müqavilə” partiyasının funksionerləri və hakimiyyət rəsmiləri rusların dərhal İrəvan aeroportundan çıxarılmasının vacibliyindən danışırlar. Spiker Alen Simonyan bununla bağlı açıq tələb irəli sürdü. Simonyanın açıqlamasına Peskov və Zaxarova reaksiya verdi. Artıq İrəvan küçələrində “Rədd olsun Rusiya” şüarları səslənir. Hesab edirəm ki, “Zvartnos”dan başlayan etirazlar Rusiyanın 102-ci bazasının yerləşdiyi Gümrüyə qədər davam edəcək. Gümrüdə qoyulacaq tələb də bəllidir: bazanızı çıxarın.

Ermənistan Rusiya hərbi qüvvələri və sərhədçilərinin ölkə ərazisindən çıxarılması üçün kütləvi etiraz aksiyaları dönəminə qədəm qoyur. Nikol Paşinyan buna “Zvartnos”dan başlamaq qərarı verib”, – ekspert bildirib.

Saytların yığılması Saytların yığılması

Məhəmməd Əsədullazadənin fikrincə, yaxın günlərdə İrəvanda böyük anti-Rusiya mitinqinin keçiriləcəyi istisna deyil:

“Küçə etirazları ilə hakimiyyətə gələn Nikol Paşinyan beynindəki çoxdankı fikri – Rusiyanı Ermənistandan çıxarmaq ideyasını elə küçədə reallaşdırmaq istəyir. Rusiyanın bu təzyiqlər qarşısında sərhədçilərini aeroportdan çıxaracağı mümkündür. Amma 102-ci baza ilə bağlı məsələ bir qədər problematikdir. Bu, Rusiyanın “qırmızı xətti”dir. İndi İrəvanın bu xətti keçib-keçməyəcəyi Ukrayna cəbhəsindəki durumdan asılıdır. Qərbin Ermənistanda yaratdığı anti-Rusiya atmosferi məqsədinə o zaman çata bilər ki, Moskva Ukraynada məğlubiyyətə uğradılsın. Rusiya Ukraynada istədiyi irəliləyişə nail olarsa, Qərbin Ermənistan siyasəti iflasa uğrayacaq.

Paşinyan işini şansa buraxmaq istəmir, Ukraynada sular durulmamış Ermənistanı Rusiyadan qoparmaq istəyir. Lavrov bu təhlükəni anladığından Ermənistanla münasibətlərə yenidən baxacaqları və vəziyyətə uyğun olaraq, praktiki addımlar atacaqlarının anonsunu verib”. //Teleqraf.com

Bənzər yazılar