Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

PAŞİNYAN ZƏNGƏZUR ANLAŞMASINDAN BOYUN QAÇIRIR – səbəb isə..

Türkiyəli siyasətci Hasan Cengiz Zəngəzur Dəhlizinin başlanğıcına səfər edib.

Tribunainfo.az-a açıqlama verən siyasətçi öz təəssüratlarını bölüşüb.

Saytların yığılması Saytların yığılması

Ərdoğanın Naxçıvana gəlişi Zəngəzur dəhlizinin açılmasını tezləşdirə bilərmi sualını cavablandıran siyasətçi bildirib ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır.

Hasan Cengiz bildirib ki, “iki dövlət başçısı Naxçıvanda açıqlamalar verdi. Artıq bu məcburiyyətdir. Çünki Qarabağ Azərbaycandır və 30 illik həsrət də bitdi. 70 il sovet dönəmi, 100 illik bir həsrət artıq bitdi”.

Onun sözlərinə görə, Naxçıvan Türk dünyasına açılan bir qapıdır. Ermənistan da bunu qəbul etmək məcburiyyətindədir. Çünki o da dünyaya sərhəd qapılarını açmalıdır. Artıq Azərbaycanla razılaşmalıdır.

Siyasətçi qeyd edir ki, “Qarabağda, Xankəndində yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Orada ermənilərin məqsədi soyqırım qorxusunu yaymaqdır. Sanki Azərbaycan onlara qarşı soyqırım edəcək. Belə bir şey yoxdur. Azərbaycan onlara mehribanlıqla kömək edir. Onların qida və hər cür ehtiyaclarını qarşılayırlar. Xankəndinə elektrik də verildi. Artıq bölgəyə hüzur və rifah gələcək”.

“Zəngəzur dəhlizi yaxın vaxtlarda açılmalıdır. 5 oktyabrda cənab İlham Əliyev və Paşinyanın görüşü olacaq. Düşünürəm ki, yaxın zamanda bu koridor açılacaq. Dörd, beş ay içərisində bu razılaşma əldə edilməlidir. Əgər dəhliz açılmasa yenə sıxıntı yaranacaq. Bu artıq böhrana səbəb ola bilər. Təbii ki, bu dəhlizin açılmağını istəməyən başqa ölkələr də var. Məsələn başda İran. Artıq İran da bunu təsdiqləməlidir. Çünki məcburiyyət nöqtəsinə gəlib. Cənab Ərdoğan və cənab Əliyevin Naxçıvanda görüşü dəhlizin açılması deməkdir. Bu artıq bir qətiyyətdir, məcburiyyətdir. Bundan sonra heç bir qüvvə bizi geri çəkə bilməz. Mən Zəngəzur dağlarına da çıxdım. Arxa tərəfində ermənilər vardı. Bu artıq onlar üçün də bir qurtuluşdur”.

Bənzər yazılar