Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Paşinyandan ŞOK etiraf: Qafanda kafedə oturub Zəngilan arzulayırıq, Qafanı da itirəcəyik

“İdarəçilik sahəsində böyük anlaşma problemlərimiz var və bu problemlər lazımi vaxtda və lazımi şəkildə həll edilmir”.

KAİM.az Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasında parlament üzvlərinin suallarını cavablandırarkən deyib.

Saytların yığılması Saytların yığılması

O, Ermənistanın hazırda ermənilərin yaşadığı 29 min 743 kvadrat kilometr ərazidən ibarət olduğunu deyib: “Ermənistanın ən böyük problemlərindən biri ölkənin sosial psixologiyasında əhəmiyyətli mövzuların “itirilmiş Ermənistanın axtarışı” olmasıdır”.

Paşinyan bildirib ki, Ermənistan “tarixi Ermənistan” axtarışından əl çəkməlidir: “Biz vətən içində vətən axtarırıq. Ermənistan Respublikasının vətəndaşları İrəvanın ortasında bir kafedə oturub Qarsı xəyal edirlər. Amma onlar İrəvanı itirəcəklər. Onlar Qafanda oturub Zəngilan arzusundadırlar, amma əsl Ermənistanı, əsl Qafanı itirəcəklər. Biz tarixi Ermənistan axtarışından əl çəkməliyik”.

Bənzər yazılar