QAFQAZ XƏBƏRLƏRİ

Qarabağda Ermənistanın işğalı nə zaman bitəcək? – Can Kasapoğlu

“İşğal sabah bitməyəcək. Ancaq bu günə qədər Azərbaycana zərər verən işğal sabahdan etibarən Ermənistana daha çox zərər verməyə başlayacaq”

Bu sözlərin siyasi təhlilçi Can Kasapoğlu deyib. O, Azərbaycan Silahlı qüvvələrinin əməliyyatının uğurlu davam etdiyinin qeyd edir. “Ancaq əldə edilən bütün hərbi uğurlara baxmayaraq, Qarabağdakı işğal nə indiki əməliyyatla, nə də yaxın gələcəkdə bitəcəkdir. Azərbaycanın qazancı davam edəcək və məcmu olaraq artacaq, lakin nəticə geosiyasi parametrləri dəyişdirərək alınmalıdır. Bu işğal sabah bitməyəcək, amma əbədi olaraq davam etdirilə bilməyəcəyi artıq aydındır”

Xülasə olaraq, Can Kasapoğlu işğalın tez bir zamanda bitməyəcəyini bildirir. Ancaq bu günə qədər Azərbaycana zərər verən işğal sabahdan etibarən Ermənistana daha çox zərər verməyə başlayacağını da deyir. Ermənistan onsuz da ya bu gün ya sabah Qarabağdan çəkilməlidir. Ermənistan hazırda siyası birliyi qorumaqda çətinlik çəkən uğursuz bir dövlətdir. Ermənistan baş naziri Nikol Paşinyan bunu tez bir zamanda başa düşüb, gözlərinin açmalıdır. Ancaq bu dəqiqdir ki,1990-cı illərin məğlubiyyətini alan Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin aprelindən bəri hücuma keçdi. Qazancları xəritədə taktiki ola bilər. Digər tərəfdən, Bakı işğala son qoymağın hərbi variantından danışırsa, indi dünyanın aparıcı düşüncə mərkəzləri tərəfindən diplomatik ritorikanın xaricində ciddi qəbul edilirsə, bu nəticənin özü də strateji xarakter daşıyır. Çünki Bakının etməsi lazım olan şey əslində işğala ən qısa zamanda son vermək deyil,işğalı Moskva və İrəvan üçün davamlı etmək əsas şərtdir. Müəyyən dövrlərdə təkrarlanacaq taktiki uğurlar da bu strateji hədəfin bir vasitədir-deyə qeyd edib.

 

Şəbnəm Zahir

 

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button