Top.Mail.Ru
bannerQAFQAZ XƏBƏRLƏRİ

Surxay Mədətovun oğlu, Şuşanın “müdafiəçisi” Ohanyan kimdir? – XƏBƏRİN OLSU!

Mədətovun oğlu, Şuşanın “müdafiəçisi” Ohanyan kimdir?

Vətən müharibəsində şanlı səlnamə yazan ordumuz tarixi şəhərimiz Şuşa qalası ətrafına yaxınlaşdıqca, Ermənistan rəhbərliyi hətta özlərindən daha betər şeytanlarla “ittifaq qurmağa” məcbur olurlar. Xankəndindən qaçmağa məcbur olan qondarma “dqr”in rəhbərliyi Şuşada xüsusi qərargahda gizlənərək Nikol Paşinyan inqilabının devirdiyi sabiq prezident Serj Sərkisyanın ən xas adamı, sabiq müdafiə naziri general-polkovnik Seyran Ohanyana “Şuşanın müdafiəsini tapşırması” şeytanla əməkdaşlığın bariz nümunəsidir.

Saytların yığılması Saytların yığılması

Cəmi üç gün əvvəl Şuşanın müdafiəsi üçün “şərəfləndirilən” Seyran Ohanyanın ordumuz tərəfindən ağır yaralanması bu seçimin heç də uğurlu olmadığını da təsdiqlədi. Bu, axı necə “şərəfləndirmə” ki, Ohanyanın patronu, Serj Sərkisyan bir gün əvvəl Şuşanın əldən getdiyini deyərək, Paşinyan hakimiyyətini ittiham edib? Bu, necə etibardır ki, Ohanyanın müdafiə naziri olduğu vaxtdakı sistemli korrupsiyası ifşa edilib-hansı ki, bu əməllərin barəsində Paşinyan mediası son illərdə çox yazıb.

Elə noyabrın 6-da Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Ovannisyan ölkənin İctimai Televiziyasında Ermənistanın sabiq prezidenti Sərkisyanın hakimiyyətinin (demək, həm də onun hökumətində müdafiə naziri olmuş Ohanyanın) hərbi sahədə yarıtmaz siyasət yürütdüyünü deyib. Həm də konkret faktları açıqlaya biləcəyi təhdidi ilə…

İndi bu dünya ilə “o dünya” arasında qalan Seyran Ohanyanın kimliyini bir daha yada salaq.

Rəsmi məlumata görə, Seyran Ohanyan 1962-ci il, iyulun 1-də Azərbaycanın o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Şuşa şəhərində (bəzi mənbələrə görə, Daşaltı kəndində) anadan olub. Onun atasının azərbaycanlı Surxay Mədətov olduğu bilinən faktdır. Amma rəsmi məlumatlarda deyilir ki, atası olmuş Muştaq adlı erməni Ermənistanda-Gorusda anadan olub.

Bildirilir ki, Surxay Mədətovla erməni Aida Ohanyan Şuşadakı təhsil müəssiələrindən birində tanış olublar. 1961-ci ildə onlar ailə həyatı qurublar. 1969-cu ildə Seyranın atası arvadının pozğunluğuna görə Şuşa bazarında onun üzünə kislota atıb. Lakin ölməyib, müalicə olunub sağalıb. Bu hadisəyə görə atası həbs edilib, 3 illik həbsdən çıxandan sonra vərəm xəstəliyindən ölüb.

Seyran Ohanyanın bacısı da Şuşada doğulub, Bakıda yaşayıb və məlum hadisələr başlayanda Moskvaya köç edib.

Ohanyan 1969–1979-cu illərdə Şuşada 2 saylı rus məktəbində təhsil alıb. 1979-cu ildə isə 10 illik təhsilinə yekun vuraraq Bakı Ali Hərbi Ümumqoşun məktəbinə qəbul olub. Ohanyan Bakıda hərbi təhsil aldığı illərdə erməni həkim qadınla evlənib. Xidmət illərinə Almaniyada SSRİ birliklərində başlayan Ohanyan, sonra Gəncədə dislokasiya olunmuş 23-cü diviziyada hərbi xidmətdə olub. Sonra Xankəndindəki 366-cı motoatıcı alayda bölük komandiri təyinatı alıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçılarının Xocalıya hücumu zamanı Seyran Ohanyan 366-cı motoatıcı alayın tərkibində bu qətliamın istirakçılarından olub. 1992-ci ilin sentyabrında Xocavənd döyüşlərində ağır yaralanıb, ayağının birini itirib.

O, Serj Sərkisyanla olan yaxın dostluğu sayəsində, Sərkisyan prezident olandan sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi, sonra isə müdafiə naziri postuna gətirilib. 2008-ci ilin aprelindən 2016-ci ilin oktyabrınadək Ermənistanın müdafiə naziri olub.

Yastığı ağır olsun…

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir