Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Terrora “zəhər verən” konstitusiya – Ermənistan onu ya dəyişəcək, ya da sərhədləri!

Ermənistanla sülh müqaviləsinə ən ciddi əngəlin onun konstitusiyasının olacağı barədə xeyli əvvəl yazmışdıq. Bakının bu yöndə tələbi sərtləşdikcə qonşu ölkədəki revanşist sürüsündə isterika və çaqqal hürüşməsi də güclənir. Keçək bəzi yalançı hıçqırıqlara.

“Əliyev rəsmi olaraq Ermənistandan konstitusiyanı dəyişdirməyi tələb edir. Maraqlıdır, erməni rəsmilər onun bu tələbini yerinə yetirməyə haqq qazandırmaq üçün növbəti hansı hiyləyə əl atacaqlar? İlham Əliyevin sülh naminə konstitusiyanı dəyişdirmək tələbi elə bizdən dinimizi və ya milliyyətimizi, yaxud Ermənistanın adını dəyişməyi tələb etmək kimi bir şeydir”.

Saytların yığılması Saytların yığılması

Sitat radikal müxalifətçi Arman Abovyana məxsusdur.

Gör indi “miatsum” virusu bunların iliyinə, qanına nə qədər işləyib ki, “dəmir qapaz”dan sonra da göydən yerə enmək istəmirlər, hələ də ağızlarına gələni danışırlar. Özlərini ən sivil xalq sayırlar, amma burdan-bura qonşu ilə sivil birgə yaşayışın elementar qaydalarından bixəbərdirlər. Özlərini mədəni, tərbiyəli apara bilmirlər. Əks halda, bu şərəfsiz qırığı başı ilə düşünərdi, “5-ci nöqtə”si ilə yox. Gör nəyi nəylə müqayisə edir…

İşə bax, sən on illərlə qonşunun evinə, həyət-bacasına göz dik, onun rahatlığını, dincliyini poz və yalnız dərsini alandan sonra qonşu ilə “dinc yanaşı” yaşamaq istədiyini bildir, amma qonşu deyəndə ki, yaxşı, onda mənə öz bəd niyyətindən əl çəkmək haqda yazılı zəmanət ver, o saat onu suçlu çıxar! Nədən, hansı məntiq və əsasla?

Azərbaycanın heçmi haqqı yox ki, özünün beynəlxalq səviyyədə tanınmış torpağını, Qarabağı günü bu gün də özününkü hesab edən Ermənistandan öz konstitusiyasını dəyişməyi tələb edə? Var. Bal kimi var. O zaman murdar içiniz niyə göynəyir soğan yeməmisinizsə?..

Erməni “ekspert” Arqişti Kiviryan isə görün nə sayıqlayır: “Paşinyan konstitusiyanı dəyişdirməklə bütün xalqı cinayət ortağı eləmək istəyir. Dəyişiklik olarsa, Nikol bunun xalq tərəfindən həyata keçirildiyinə istinad edəcək”.

Cinayət e. Qonşu dövlətin hamı tərəfindən tanınmış ərazisinə göz dikməkdən imtina CİNAYƏT imiş!

Maraqlıdır ki, konstitusiya dəyişikliyinə qarşı çıxanlar arasında yüksək çinli erməni rəsmilər də var. Məsələn, Nikol Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bu gün X sosial şəbəkəsində sırtıqcasına yazıb: “Prezident Əliyevin Ermənistanın öz konstitusiyasına dəyişiklik etməli olması ilə bağlı tələbi sülh müqaviləsi imzalamaq istəmədiyini təsdiqləyir”.

Nə az, nə çox.

Əgər bu çürük düşüncə və xəstə təfəkkürdə olanlar iqtidarlı-müxalifətli Ermənistanda çoxluqdadırsa, onda vay o cəmiyyətin halına. Demək, yeni bəlalar qabaqdadır. Müharibə doğrudan da bu şər yuvasından əskik olmayacaq…

Yaxud neçə vaxtdır radikal-daşnaklar Paşinyanı divara dirəyib ki, bəs konstitusiya dəyişikliyinə məhz Bakının tələbi ilə gedir. Bəli, Bakının tələbi ilə! Burda qeyri-adi, beynəlxalq hüquqa zidd nə var? Əksinə, belə sarsaq mövqe ilə özünüz özünüzü beynəlxalq hüquqdan kənar qoyub növbəti “dəmir yumruğu” haqq edəcəksiniz. Ta ki, normal toplum olanadək.

Ermənistan indiki “Əsas Qanun”u ya dəyişəcək, ya da sərhədləri dəyişəcək! Çünki normal, məsuliyyətli dövlətin konstitusiyası belə olmur. Bu, sırf terrora “zəhər verən”, sülh yox, qan-qada vəd edən bir savaş konstitusiyası! Erməni xalqı bunca faciədən bezmədi? Yəni yenə onu fəlakətə aparan, yekunda fiziki varlığına son qoyacaq avantürist bir yığnağın ardıncamı gedəcək? Tutaq ki, bu il Paşinyan referendum qərarı verdi, məgər onun xalqı qonşularla barışığa deyil, müharibəyə səs verəcək? İnanmaq istəməzdik. Hər halda maraqla izləyəcəyik…

Konstitusiya dəyişikliyini din, millət dəyişikliyə qədər mümkünsüz sayanlara gəlincə, əslində ermənilər çoxdan dindən-imandan çıxıblar. İki min ildir boyunlarından xaç assalar da, gerçəkdə xristian dininə mənsub deyillər. Zira, bunlar öz xain xislətləri ilə İsa peyğəmbəri belə utandıran tayfa. Onların öz dini var – ermənilik. Və bu dinə başqa kimsə tapınmaz.

Elə milliyyətləri də başqadır. Dünya bunları “erməni” kimi çağırır, onlarsa özlərinə “hay”, Ermənistana “Hayastan” deyərlər. Yerdə nə qaldı? Dinsiz-soysuz bir qəbilə…

Bənzər yazılar