Ötən gün baş verən CİNAYƏT və HADİSƏLƏR haqqında STATİSTİKA-RƏSMİ

2021-ci il yanvar ayının 26-da daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat elan olunub.
KAİM.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
– Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılmışdır.
– Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.
– Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
– Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir.
– Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılmışdır.