Top.Mail.Ru
RƏSMİ

Baş prokuror bu rayonlara qadın prokurorlar təyin etdi

Samux və Xızı rayonlarına yeni prokurorlar təyin olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Valyuta.az-a bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xəyalə Aslanovaya Xızı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Saytların yığılması Saytların yığılması

Bu təyinata qədər Xəyalə Aslanova Azərbaycan Respublikasının Baş Prоkurоrluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin рrоkuroru vəzifəsində çalışıb.

 

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Samux rayon prokuroru vəzifəsinin icrası Könül Ələsgərovaya həvalə edilib.

Könül Ələsgərova bu təyinata qədər Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifəsində işləyib.

Bənzər yazılar