RƏSMİ
Prezident Administrasiyası TƏCİLİ MƏLUMAT YAYDI – Yevlaxda ermənilərlə görüş bu tarixdə olacaq /RƏSMİ
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası açıqlama yayıb.
KAİM.az Referans.az-a istinadən xəbər verir ki, açıqlamada deyilir:
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək”.