Prezident bu şəxslərlə bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə Kamran Kazım oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, K.Musayev 1973-cü ilin oktyabrın 30-da Qərbi Azərbaycanın Göllü kəndində anadan olub. O, hazırda ürək-damar cərrahı, tibb elmləri doktoru, professor, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədridir. Bu gün K.Musayevin 50 yaşı tamam olur.
Arif Şahbaz oğlu Hüseynovla da bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. O, “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
A.Hüseynov Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Xalq rəssamı Arif Hüseynovun bu gün 80 yaşı tamam olur.