Top.Mail.Ru
RƏSMİ

Prezident Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib.

Musavat.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Poçt haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Saytların yığılması Saytların yığılması

Dəyişikliklə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə universal poçt rabitəsi xidmətlərinin tariflərini müəyyənləşdirmək səlahiyyəti verilib.

Beləliklə, İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi universal poçt rabitəsi xidmətlərinin tariflərini müəyyənləşdirəcək.

Bundan əvvəl bu sahədə səlahiyyət Tarif (qiymət) Şurasında olub.

Yeni fərmana əsasən, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanının 3.6-cı bəndi və “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsində dəyişiklik edilib. Bu dəyişikliklə universal poçt tariflərinin tənzimlənməsi funksiyası Tarif (Qiymət) Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.

 

Fərmanda göstərilir ki, RİNN tarifləri müəyyən edərkən İqtisadiyyat və Maliyyə nazirliklərinin rəylərini nəzərə almalıdır.

Bənzər yazılar

Bunu da oxu
Close