Top.Mail.Ru
RƏSMİ

TƏBİB-in İcraçı direktoru Nigar Rüstəmliyə yüksək vəzifə verdi – FOTO

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Nigar Rüstəmli Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinə rəhbər təyin edilib.

KAİM.az bildirir ki, bu barədə Nigar Rüstəmli özünün “Facebook” hesabında məlumat verib. O, paylaşımında qeyd edib:

Saytların yığılması Saytların yığılması

“Qısa müddət ərzində səhiyyəmizdə fərq yaratmış, yeniliklərə imza atmış bir qurumda əmək fəaliyyətinə başlamağımın qürurunu sizlərlə paylaşıram. İllərdir dövlət-özəl tərəfdaşlığı, korporativ sosial məsuliyyət yönümlü həyata keçirtdiyim yüzlərlə layihələrin, idarəetmədə qazandığım təcrübənin, daha böyük miqyasda töhfə, daha çox vətəndaşımıza müsbət toxunuş edə biləcəyinin həyəcanı var. TƏBİB-in prioritet istiqamətlərindən olan, səhiyyəmizin beynəlxalq arenada tanınması üçün yolumuz uzun, enerjimiz yüksək, hədəfimiz böyükdür”.

Bənzər yazılar