Top.Mail.Ru
RƏSMİ

Bu rayonlara yeni polis rəisləri TƏYİN EDİLDİ – FOTO

Daxili İşlər Nazirliyində yeni təyinatlar olub.

Gundem.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Saytların yığılması Saytların yığılması

Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rüstəm Cəfərov vəzifədən azad edilib. O, Yevlax Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov isə Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

Bundan başqa, polis polkovnik-leytenantı İkram Əhmədov Göyçay Regional Mühafizə Şöbəsinin rəisi vəzifəsinə gətirilib.

 

Bənzər yazılar