Top.Mail.Ru
RƏSMİ

Polisdən bu şəxslə bağlı Bakı əhalisinə MÜHÜM MÜRACİƏT – FOTO

Bakıda maraqlı oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə,  Binəqədi rayonunda yerləşən evlərdən birindən oğurluq edilib.  Zərərçəkən polisə müraciət edərək evdə olmadığı müddətdə mənzildən ümumi dəyəri 54 min manat olan qızıl-zinət, qol saatları və digər qiymətli əşyaların oğurlandığını bildirib.

Saytların yığılması Saytların yığılması

İşin maraqlı tərəfi isə sözügedən şəxsin istifadə etdiyi metoddur. Belə ki, o, oğurluq zamanı ətrafda olan müşahidə kameralarından yayınmaq və “izi” itirmək məqsədilə özü ilə həmin ünvana gətirdiyi çətir, papaq və maskalardan istifadə edib.

“Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayəti törədən əvvəllər məhkum olunmuş Coşqun Həsənov saxlanılıb. Onun evinə baxış zamanı taladığı qızıllar, eləcə də mənzil oğurluqları zamanı qapıların açılmasında istifadə olunan xüsusi alətlər aşkarlanaraq maddi sübut kimi götürülüb”, – DİN-dən bildirilib.

Qurum qeyd edib ki, faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb: “C.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər”.

 

Bənzər yazılar