Top.Mail.Ru
Sağlamlıq

“Uşaqlarda depressiya bir səbəbdən yarana bilməz” – AÇIQLAMA

İnanmaq istəməsək də uşaqlar da böyüklər kimi depressiyaya düşə bilir. Valideynlərin gözündə uşaqlar hər zaman oyun oynamaq istəyən, sevinən və hər kiçik bir şeydən xoşbəxt olan varlıqlardır. Bu səbəbdən valideyinlər bəzən uşaqlarının depressiyada olduğunu anlamır.
Anladıqda isə səbəb axtarmağa çalışırlar.
Psixoloq Günel Kərimovanın sözlərinə görə; “Uşaqlarda depressiya tək bir səbəbə bağlana bilməz.
Bu, uşağın təməl xüsusiyyətlərinə, psixoloji xüsusiyyətlərinə və ətraf təsirlərinə görə ortaya çıxa bilər. Hansı faktorun daha ön planda olduğu uşaqdan-uşağa dəyişir.
Ana-ata həyatdakı rollarını nizamlaya bilmədikdə uşaq, özünü tək və çarəsiz hiss edər. Çox vaxtı valideynlər, uşağın yaşadığı böhrandan xəbərsizdir.
Uşaqların fərqli bir iç dünyaları olduğunu, yaddaşlarının çox güclü olmadığını və bəzi şeylərə əhəmiyyət vermədiklərini düşünərlər.
Halbuki uşaqların hissləri, nə qədər maraqsız görünsə də, son dərəcə açıqdır. Onlar ətraflarında olan bitənlərin fərqindədirlər.
Ancaq mühakimə gücləri inkişaf etmədiyindən, problemlərin nədən qaynaqlandığını anlamazlar, çox vaxtda problemlərin özlərindən qaynaqlandığını dərk etməzlər.”

Onu da qeyd edək ki, depressiyanın yayılması 13 yaşdan aşağı uşaqlarda 3%, 13-18 yaş arası qızlarda təxminən 6%, eyni yaşda olan oğlanlarda isə 5% təşkil edir. Cəmiyyətdən uzaqlaşma simptomları körpələrin təxminən 3%-də qeydə alınıb.

Bənzər yazılar